1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp reper Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin edilməsi təklifini müsbət qarşılayıb.
Tramp bu barədə oktyabrın 31-də “The Benny Show” proqramının efirində danışıb. Jurnalistin bunun yaxşı fikir olub-olmadığı barədə sualına ABŞ lideri belə cavab verib: “Bu, nəzərdən keçirmək üçün yaxşı ideyadır. Bu barədə düşünəcəyəm”.
Daha sonra Tramp zarafatla jurnalistin özünə də Ağ Evin mətbuat katibi vəzifəsini nəzərdən keçirməyi təklif edib. Prezident onun da bu işi yaxşı bacara biləcəyini söyləyib.