Вернуться назад Распечатать

Gəncədə usta evdən 18 min manatlıq qızıl oğurladı

 Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

1xeber.media xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb.

Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Hazırda faktla bağlı araşdırma davam edir.