Rusiya var olduqca, Rusiyanın gerbi və bayrağı dəyişməyəcək.
Bunu Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının rəhbəri Georgi Vilinbaxov deyib.
“Hazırkı gerb və bayraq Rusiyanın simvolik formasıdır. Bu o deməkdir ki, onlar yalnız Rusiya olmadıqda dəyişə bilərlər”, – o bildirib.
O, vurğulayıb ki, Rusiya Federasiyasının gerbi və bayrağı çox qədim tarixə malikdir.