SOCAR-da rəis müavininin vəzifəsində dəyişiklik baş verib.
1xeber.media yurd.media-ya istinadla xəbər verir ki, Röyal İbadlı SOCAR-da əməliyyat səmərəliliyinin təhlili və optimallaşdırılması bölməsinin böyük iqtisadçısı vəzifəsinə təyin olunub.
O, bundan əvvəl, 2026-cı ilin mayından oktyabr ayınadək SOCAR-ın Nəqliyyat İdarəsinin iqtisadi təhlil və proqnozlaşdırma bölməsinin rəis müavini vəzifəsində çalışıb.
O, 2022-ci ilin sentyabrından 2026-cı ilin mayınadək həmin idarədə maliyyə analitiki, 2022-ci ilin iyulundan sentyabr ayınadək böyük iqtisadçı, 2021-ci ilin mayından 2022-ci ilin iyulunadək böyük mühasib, 2019-cu ilin noyabrından 2021-ci ilin mayınadək isə iqtisadçı vəzifələrini tutub.
Röyal İbadlı əmək fəaliyyətinə başlamazdan əvvəl, 2019-cu ilin avqustundan oktyabr ayınadək SOCAR-ın Neft və Qaz Tikinti Trestində təcrübə keçib.