Вернуться назад Распечатать

İstanbul Fond Birjasının baş direktoru saxlanıldı

Türkiyədə kapital bazarlarında aparılan əməliyyatlarla bağlı genişmiqyaslı istintaq çərçivəsində İstanbul Fond Birjasının baş direktoru Korkmaz Enes Ergün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

1xeber.media xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırmalara əsasən, Ergün “cinayət törətmək üçün yaradılmış təşkilata üzvlük” və “rüşvətxorluq” ittihamları ilə üz-üzədir.

İstintaq çərçivəsində onunla bağlı araşdırmalar davam etdirilir.