1xeber.media xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə lideri Vladimir Putinin avtomobil parkının yeni “Volga” markalı avtomobillə genişləndirilə biləcəyini istisna etməyib.
Peskov açıqlamasında bunun mümkün olub-olmadığı barədə suala qısa şəkildə “Ola bilər” cavabını verib. O, Putinin yerli istehsal olan avtomobili şəxsən sınaqdan keçirdiyini və bəyəndiyini də xatırladıb.
Qeyd edək ki, Vladimir Putin bu ilin avqustunda Nijni Novqoroda işgüzar səfəri zamanı “Volga K50” modelini sınaqdan keçirib. Daha sonra avtomobillərdən birinin üzərinə öz imzasını da atıb.
“Volga” markalı avtomobillərin istehsalı “Volkswagen”in keçmiş zavodunun bazasında “Legkoviye Avtomobili İstehsalı” şirkəti tərəfindən həyata keçirilir. Markanın satışları 2026-cı il iyunun 19-da başlayıb. Hazırda model sırasına K50 və K40 krossoverləri, həmçinin C50 sedanı daxildir.