Вернуться назад Распечатать

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin tətbiqinə kiberhücum edildi

1xeber.media xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus mobil tətbiq genişmiqyaslı kiberhücuma məruz qalıb.

Hücum nəticəsində tətbiq vasitəsilə əhaliyə yanlış məlumatlar ötürülüb.

Nazirlik mobil tətbiqin fəaliyyətini bərpa etmək üçün işlərin aparıldığını bildirib. Hadisənin detalları, hücumun mənbəyi və onun arxasında kimin dayandığı barədə isə əlavə məlumat verilməyib.