Вернуться назад Распечатать

Melaniya Trampın vasitəçiliyi ilə əldə edilən atəşkəs başa çatdı

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində keçirilən humanitar missiyanı uğurlu hesab etdiyini bildirərək, Kiyev və Moskvaya təşəkkür edib.

1xeber.media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Atəşkəs rejiminin müddəti başa çatıb. Missiya uğurla həyata keçirildi. Amerika adından Oleşkidə atəşkəsin təmin olunması ilə bağlı liderlik və əməkdaşlığa görə Rusiya və Ukraynaya təşəkkürümü bildirirəm. Ümid edirəm, Oleşki iki ölkə arasında davamlı sülhün təməli olacaq. Atəşkəs oktyabrın 27-də başlayıb və noyabrın 1-dək davam edib”, - ABŞ-nin birinci xanımı vurğulayıb.

Rusiya və Ukrayna bundan əvvəl Melaniya Trampın vasitəçiliyi ilə Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi məqsədilə atəşkəs barədə razılığa gəlmişdi.