1xeber.media xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Maksim Bujanski İtaliyanın razılaşdırılmış hərbi yardım paketini 10 aydır Ukraynaya göndərmədiyini bildirib.
Deputat bu barədə “Politeka Online” YouTube kanalının efirində danışıb. O, İtaliyanın mövqeyini qeyri-müəyyən adlandıraraq Baş nazir Corcia Meloninin öz siyasi maraqlarına uyğun mövqe axtardığını iddia edib.
Bujanskinin sözlərinə görə, İtaliya hərbi yardım paketinin göndərilməsini dəfələrlə razılaşdırsa da, onun icrası hələ də baş tutmayıb. Bununla belə, deputat sözügedən yardımın həcmi və tərkibi barədə konkret məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl İtaliyanın Ukraynaya yardımın göstərilməsini müvəqqəti dayandırdığı barədə məlumat yayılmışdı.