1xeber.media xəbər verir ki, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ lideri Donald Trampa müraciətini tənqid edib.
Dmitriyev bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Zelenski əvvəlki səhvlərindən nəticə çıxarmır və Trampa göstəriş verməyə davam edir.
Onun iddiasına görə, Ukrayna lideri ABŞ-da aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasının mövqelərini zəiflətməyə çalışır.
Dmitriyev bu açıqlaması ilə Zelenskinin Trampa yanacağın qiymətləri onu narahat edirsə, Rusiyadan enerji sahəsində atəşkəs tələb etməli olduğu barədə fikirlərinə münasibət bildirib.