Вернуться назад Распечатать

Yotova Bolqarıstan Prezidenti seçildi

İlyana Yotova Bolqarıstanın ilk qadın prezidenti seçildi

1xeber.media xəbər verir ki, Bolqarıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda bülletenlərin 99,66 faizinin sayılmasından sonra İlyana Yotovanın qalib gəldiyini açıqlayıb.

Məlumata görə, Yotova səslərin 57,66 faizini, keçmiş baş nazir Andrey Qyurov isə 39,38 faizini toplayıb.

Beləliklə, İlyana Yotova Bolqarıstan tarixində prezident seçilən ilk qadın olub.

Qeyd edək ki, Bolqarıstanda prezident beş il müddətinə seçilir.