1xeber.media xəbər verir ki, kiprli jurnalist Aleks Xristoforu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Polşa ilə bağlı paylaşımının Baş nazir Donald Tuskun reaksiyasına səbəb olduğunu iddia edib.
Xristoforu bu barədə özünün YouTube kanalında danışıb. Onun sözlərinə görə, Medvedevin açıqlaması Tuskda narahatlıq yaradıb.
Jurnalist bildirib ki, Tusk mütəmadi olaraq Rusiyanı tənqid edir, ona qarşı sanksiyaları dəstəkləyir və Moskvanın məğlubiyyətindən danışır. Xristoforu Medvedevin son paylaşımına Polşa baş nazirinin reaksiyasını bu mövqeyin fonunda şərh edib.
Qeyd edək ki, Medvedev sosial şəbəkə istifadəçisinin Tuskun Moskvaya göndərilməsi ilə bağlı şərhinə zarafatla cavab verərək, “Biz özümüzünküləri atmırıq” ifadəsini işlədib.