Вернуться назад Распечатать

Paşinyan: Ermənistan sərhədlərinə nəzarət tamamilə yerli sərhədçilərə veriləcək

1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dövlət sərhədlərinə tam nəzarətin mərhələli şəkildə Ermənistan Sərhəd Xidmətinə veriləcəyini bildirib.

Paşinyanın sözlərinə görə, bu proses müəyyən islahatlar çərçivəsində həyata keçirilməlidir.

Qeyd edək ki, Ermənistan sərhədçiləri artıq dövlət sərhədinin bəzi hissələrində və əvvəllər Rusiya sərhədçilərinin nəzarətində olan bir sıra məntəqələrdə xidmət aparırlar.

Bunlara Zvartnots Beynəlxalq Hava Limanı, İranla sərhəddə yerləşən Ağarak, Türkiyə ilə sərhəddəki Marqara və Axurik nəzarət məntəqələri daxildir.

İran və Türkiyə ilə sərhədlərdə Rusiya sərhədçilərinin Ermənistan tərəfi ilə əvəzlənməsi prosesi isə mərhələli şəkildə davam edir. Bu, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının imkanlarının və resurslarının artırılması ilə əlaqələndirilir.