Вернуться назад Распечатать

Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? - Açıqlama

“Mövcud geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Bununla belə, özəl ümumi təhsil müəssisələri də öz Nizamnamələrinə uyğun olaraq özləri üçün müvafiq geyim qaydalarını müəyyən edə bilərlər”.

1xeber.media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.

“Lakin bu mövzuda məktəbləri dövlət və özəl əsasda fərqləndirmək valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüququnun qorunması, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi üçün bu məsələlərin həlli bütün təhsil müəssisələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Hesab edirik ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl şəkildə tətbiqi təhsil mühitinin daha sağlam və nizamlı təşkilinə müsbət təsir göstərə bilər”, - F.Qurbanov əlavə edib.