1xeber.media xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərb ölkələrini Rusiyaya qarşı addımlardan çəkinməyə çağırıb.
Şoyqu Qərbə “sakit yaşamağı və Rusiyaya toxunmamağı” tövsiyə edib. Onun müraciətini TASS agentliyi yayıb.
O, bu fikirləri Qərb ölkələrinin Rusiyanın guya hibrid təhdid yaratması ilə bağlı bəyanatlarına cavab olaraq səsləndirib. Şoyqunun sözlərinə görə, Qərb daim Rusiyanı aldatmağa çalışır və hazırda Moskvanın Qərb ölkələrinə etimadı son dərəcə aşağı səviyyədədir.
Bundan əvvəl Şoyqu Rusiyanın daxilində ölkənin məhvinə dəstək verə biləcək şəxslərin fəal şəkildə cəlb edildiyini iddia etmişdi. O, həmçinin Qərbin Rusiyaya qarşı fəaliyyətinin getdikcə daha aqressiv xarakter aldığını bildirmişdi.