Вернуться назад Распечатать

Roma Papası Uruqvayın ən problemli məhəllələrindən birinə səfər edəcək

1xeber.media xəbər verir ki, Roma Papası XIV Leo Uruqvayın paytaxtı Montevideonun zorakılıq və cinayətkarlıqla tanınan Borro məhəlləsinə səfər etməyi planlaşdırır.

Səfərin əsas məqsədi sosial problemlərlə üzləşən sakinlərə diqqət çəkmək və yerli icmalarla görüşməkdir.

Borro məhəlləsində yoxsulluq, narkotik ticarəti və silahlı zorakılıq uzun müddətdir ciddi problemlər hesab olunur. Papa XIV Leonun səfəri bölgədə sosial dəstək və həmrəylik mesajı vermək məqsədi daşıyır.