1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin meri Vitali Kliçkonun Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılması məsələsini yaxın çevrəsi ilə müzakirə edib. Lakin prezident komandasının əksər üzvləri bu təşəbbüsü dəstəkləməyib.
Bu barədə noyabrın 2-də “RBK-Ukrayna” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, prezident komandasının nüfuzlu nümayəndələrinin əksəriyyəti Kliçkonun vəzifədən kənarlaşdırılmasına qəti şəkildə qarşı çıxıb. Bu addımın mümkün hüquqi və idarəetmə nəticələri ilə bağlı narahatlıqların olduğu bildirilir.
Məlumata əsasən, təşəbbüsü dəstəkləyən azsaylı şəxslərdən biri Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak olub.
Nəşrin mənbələri qeyd ediblər ki, Kliçkonun Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi onun seçilmiş mer kimi səlahiyyətlərinə xitam verməyəcək. O, həmçinin Kiyev Şəhər Şurasına təsir imkanlarını qoruyub saxlayacaq.
Bundan başqa, Kliçkoya qarşı sərt addımların atılması onun Avropa siyasətçiləri, o cümlədən Almaniyadakı siyasi dairələrlə münasibətlərinə də mənfi təsir göstərə bilər.