Вернуться назад Распечатать

Yasamalda növbəti qanunsuz tikinti…

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.

1xeber.media xəbər verir ki,Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, “ASAN xidmət” mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil.
Şikayətçilər ərazidə aparılan tikinti işləri ilə bağlı aidiyyəti qurumlara müraciətlər də ediblər.
Narazılıqlara baxmayaq işlər davam etdirilir və obyekt artıq ikinci mərtəbəyədək qaldırılıb.
Şikayətçilər Yasamal Rayon İcra Hakimiyyətindən və aidiyyəti qurumlardan ərazidə aparılan tikintinin qanuniliyinin araşdırılmasını, obyektin hansı təyinatla tikildiyinə aydınlıq gətirilməsini və qanun pozuntusu varsa, müvafiq tədbirlər görülməsini tələb edirlər.
Məsələ ilə bağlı qarçı tərəfin mövqeyini dərc etməyə hazırıq.