Вернуться назад Распечатать

Tanınmış həkim yüksək vəzifəyə gətirildi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə yeni təyinat olub.

1xeber.media  xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Rəşid Şamil oğlu Vəzirov nazirin müşaviri vəzifəsinə təyin olunub.

1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur və tibb üzrə fəlsəfə doktorudur. O, 2018-ci ilin noyabrından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. 

R.Vəzirov “Formula 1” yarışlarında tibbi təminat üzrə baş həkim, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində isə tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini olub. Həmçinin İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi fəaliyyət göstərib.

O, müxtəlif dövrlərdə Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb.