Вернуться назад Распечатать

Polşa Rusiya sərhədində xüsusi əməliyyata başladı

1xeber.media xəbər verir ki, Polşa hüquq-mühafizə orqanları diversiya təhlükəsi ilə əlaqədar Kalininqrad vilayəti ilə sərhəd bölgəsində xüsusi əməliyyat keçirir.

Bu barədə noyabrın 2-də Polşa polisinin baş komendantı Marek Boron məlumat verib.

Onun sözlərinə görə, əməliyyat keçirilən əraziyə çoxsaylı polis əməkdaşları və əlavə qüvvələr cəlb olunub. Əməliyyatda antiterror bölmələri də iştirak edir.

Boron bildirib ki, tədbirlər hərbçilər, sərhədçilər və xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir.

Qeyd edək ki, Polşa tərəfi əməliyyatın səbəbi kimi Rusiya ilə sərhəd bölgəsində mümkün diversiya təhlükəsini göstərir.