Вернуться назад Распечатать

Zaxarova Zelenskini işgəncə evləri ilə əlaqələndirdi

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyev yaxınlığında aşkarlandığı bildirilən gizli həbsxana ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı ittiham irəli sürüb.

Zaxarovanın sözlərinə görə, Ukraynada bu cür işgəncə yerləri çoxdur və Zelenskinin hakimiyyəti məhz onların hesabına mövcudluğunu qoruyur. O, bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.

Qeyd edək ki, noyabrın 2-də Kiyev yaxınlığındakı Petropavlovskaya Borşaqovka qəsəbəsində hərbi hissələrdən qaçmış Ukrayna hərbçilərinin saxlanıldığı iddia edilən gizli həbsxana barədə məlumat yayılıb.

Daha sonra Rusiyada terror təşkilatı kimi tanınan “Azov” briqadası həmin binanın özünə məxsus olduğunu açıqlayıb və buranın müvəqqəti yerləşmə məntəqəsi kimi istifadə edildiyini bildirib.

Məlumatlara görə, hadisədən sonra yerli sakinlər binanın qarşısına toplaşaraq saxlanılan şəxslərin azad edilməsini tələb ediblər. Milli Qvardiya və polis qüvvələrinin müdaxiləsindən sonra ərazidə qarşıdurma baş verdiyi bildirilib.