Вернуться назад Распечатать

Google Rusiyada yenidən cərimələndi

1xeber.media xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi ABŞ-ın “Google” şirkətini qadağan olunmuş məlumatları silmədiyinə görə 3,8 milyon rubl cərimələyib.

Bu barədə noyabrın 3-də məhkəmə zalından “İzvestiya”nın müxbiri məlumat verib.

Məhkəmə şirkəti Rusiya Silahlı Qüvvələrini və dövlət orqanlarının fəaliyyətini nüfuzdan salan məlumatları silməməkdə təqsirli bilib.

Qeyd edək ki, “Google”un Rusiyadakı törəmə şirkəti oktyabrın 28-də ölkədə tətbiq edilmiş cərimələr üzrə ümumilikdə 16,8 milyard rubl ödəyib. Bu məbləğin təxminən 14,7 milyard rublu Federal Məhkəmə İcraçıları Xidməti tərəfindən tutulub.