Вернуться назад Распечатать

Kreml Əbu-Dabi görüşü üçün qərarını verdi

1xeber.media xəbər verir ki, Vladimir Putinin köməkçisi Vladimir Medinski noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, Rusiya tərəfinin baş danışıqçısı əvvəlki kimi Medinski olaraq qalır. O, bu qərarın daha əvvəl Vladimir Putin tərəfindən də açıqladığını xatırladıb.

Qeyd edək ki, fevralın 17-18-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar keçirilib. Həmin görüşlərdə də Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edib.

Xatırladaq ki, Putin üçtərəfli görüşlərin əsas məqsədinin yekun sülh sazişinə nail olmaq və münaqişə tərəflərinin gələcək təhlükəsizliyini təmin etmək olduğunu bildirmişdi.