1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski əvvəlcədən elan olunmayan səfərlə Almaniyanın paytaxtı Berlinə gəlib.
Bu barədə Almaniyanın “Berliner Kurier” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, səfər təhlükəsizlik səbəbindən əvvəlcədən ictimaiyyətə açıqlanmayıb. Zelenskinin Almaniya kansleri Fridrix Mertslə görüşünün əsas mövzusunun Rusiyaya qarşı müharibədə Ukraynaya gələcək dəstək məsələləri olacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 3-də Berlində Təhlükəsizlik Konfransı başlayıb. Tədbirin proqramında xüsusi qonağın iştirakı da nəzərdə tutulub. Konfrans çərçivəsində Ukrayna münaqişəsi əsas müzakirə mövzularından biri olacaq.
Xatırladaq ki, bundan əvvəl britaniyalı hərbi analitik Aleksandr Merkuris Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi təklif etmişdi.