Ukrayna müharibəsinin uzanması münaqişənin diplomatik yolla həlli imkanlarını daralda bilər.
1xeber.media xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, müharibənin uzun müddət davam etməsi cəmiyyətdə dialoqun problemi həll edə bilməyəcəyinə dair düşüncələri gücləndirə bilər. Bu isə müharibə psixologiyasının möhkəmlənməsinə və diplomatik həll üçün imkanların minimuma enməsinə səbəb ola bilər.
Sinirlioğlu belə bir ssenarinin ciddi təhlükə yaratdığını vurğulayaraq, bunun qarşısının alınmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl Ukraynadakı münaqişənin yaxın aylarda başa çatacağını düşündüyünü bildirmişdi. O, tərəflərin həm qüvvə, həm də resurs baxımından tükəndiyini qeyd etmişdi.