Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib. Bununla bağlı müvafiq rəsmi qərarlar qəbul olunub.
1xeber.media xəbər verir ki, məlumata görə, Agentliyin ləğv prosesinə başladığını bəyan edən yol istismar şirkətləri (MMC-lər) aşağıdakılardır:
“40 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“28 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“12 №-li Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“6 №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“9 №-li Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“1 №-li Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“52 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“51 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti.