Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib.
1xeber.media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Fetiyev Murad Qərib oğlunun Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunub.
Müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb edib.
Eyni zamanda, onların arasından radikal baxışları ilə xüsusilə fərqlənən şəxslərin seçilməsini, ölkə ərazisində mühüm strateji obyektlər barədə informasiya toplanılmasını, terrorçuluğa açıq çağırışlar edilməsini təşkil edib.
Bir müddət əvvəl həmin cinayətkar qruplaşmanın bəzi üzvləri Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə dövlət müəssisəsinə basqın etməyə, insanların girov götürülməsinə hazırlıq hərəkətləri etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.