Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəridmanservis” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi fərdi sahibkar Əkrəm Hüseyn oğlu Həmzəyev (VÖEN – 0500140712) olub.
1xeber.media xəbər verir ki, nazirlik Əkrəm Həmzəyevdən idman meydançaları üçün süni ot örtüyü və köməkçi materiallar alacaq.
Qeyd edək ki, satın alınacaq 10 000 kvadratmetr süni ot örtüyü, 3 000 metr ağ ot (ağ xətt), 5 000 metr bant və 10 000 kvadratmetr şokpad üçün Əkrəm Həmzəyevə 278 min 480 manat ödəniləcək.