Вернуться назад Распечатать

Xırdalanda itkin düşən yeniyetmə tapıldı - VİDEO (YENİLƏNİB)

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı Mələk İmanova tapılıb.

1xeber.media APA-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat veriblər.

***

Xəbər verdiyimiz kimi, Xırdalanda 12 yaşlı Mələk İmanova itkin düşüb.

1xeber.media xəbər verir ki, yeniyetmənin anası Xudaverdiyeva Fəridənin sözlərinə görə, qızı noyabrın 2-də evdən çıxıb və bir daha ondan xəbər almaq mümkün olmayıb. O bildirib ki, müşahidə kameralarına əsasən, qızının arxasınca ağ avtomobil hərəkətdə olub.

Qadın övladının bir qolunun olmadığını deyib. 

Qeyd edək ki, Mələyin atası Zakir İmanov qazidir.