Вернуться назад Распечатать

Ağ Evdən Konqres seçkilərinin nəticələrinə açıqlama

1xeber.media xəbər verir ki, Ağ Ev nümayəndəsi ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələrini şərh edib.

O,  açıqlamasında Respublikaçılar Partiyasının seçkilərdə əldə etdiyi nəticələri prezident Donald Trampın səsvermədə şəxsən iştirak etməməsi ilə əlaqələndirib.

Nümayəndənin sözlərinə görə, Trampın tərəfdarları prezidentin özü namizəd olduğu zaman seçkilərdə daha fəal iştirak edirlər.

O, namizədlərin keyfiyyətinin də nəticələrə təsir etdiyini vurğulayıb. Bildirib ki, Donald Tramp seçkilərdə iştirak edən bir çox namizədin təşviqatını onların özlərindən daha səmərəli təşkil edib.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Rusiya dizel yanacağının Amerika və dünya bazarlarına tədarükü ilə bağlı razılığa gəliblər. Putinin sözlərinə görə, bu razılaşma qlobal iqtisadiyyatda vəziyyətin sabitləşməsinə kömək edə bilər.