Вернуться назад Распечатать

Qusarda keçmiş həyat yoldaşını öldürən şəxsə 18 il 6 ay həbs cəzası verilib

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı qətlə yetirməkdə təqsirləndirilən Asif Təyibovun məhkəmə prosesi başa çatıb.

1xeber.media Xitab24.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Təyibov Cinayət Məcəlləsinin 120.2.4 və 177.1-ci maddələri ilə təqsirli bilinib.

İttiham aktına əsasən, A.Təyibov keçmiş həyat yoldaşı ilə görüşə əvvəlcədən cinayətə hazırlıq görərək gedib. Görüş zamanı qadını öldürdükdən sonra ona məxsus pul, qızıl-zinət əşyaları və mobil telefonu götürüb.

Diananın ailəsinin itkin düşmə barədə müraciətindən sonra polis A.Təyibovu dindirib. O, törətdiyi əməli etiraf edib.