1xeber.media axar.az-a istinadən xəbər verir ki, politoloq Elxan Şahinoğlu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına cəlb olunması təklifinə Türkiyənin hakim partiyasından etiraz gəldiyini bildirib.
Onun sözlərinə görə, AK Partiyanın nümayəndəsi Kürşad Zorlu təşkilata üzvlük və ya müşahidəçi statusu üçün dövlətin rəsmi dilinin türk dillərindən biri olmasını şərt kimi göstərib. Zorlu Rusiyanın bu tələbə cavab vermədiyini vurğulayıb.
Şahinoğlunun paylaşımında Zorlunun Rusiyadakı türk respublikalarının TÜRKSOY-dakı fəaliyyətinin 2015-ci ildə dondurulmasını da xatırlatdığı qeyd olunub.
Politoloq bu mövqeyi Rusiyanın türk dünyası ilə mədəni inteqrasiyaya əvvəlki münasibətinə yönəlmiş siyasi mesaj kimi qiymətləndirib.