Вернуться назад Распечатать

Zaxarova Zelenskini uşaqlıq oyuncağı ilə bağlı tənqid etdi

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı sərt açıqlama verib.

Zaxarova “Sputnik” radiosunun efirində bildirib ki, Zelenskinin uşaqlıqda sevimli oyuncağı ətçəkən olub. Onun sözlərinə görə, hazırda Ukrayna prezidenti ölkə miqyasında “ətçəkən” yaradır.

Diplomat bu fikirləri Ukraynada mövcud olduğu iddia edilən işgəncə yerləri barədə danışarkən səsləndirib. O, Zelenskinin vaxtilə ukraynalılara sülh və rifah vəd etdiyini, lakin indi xalqın məhv edilməsinə səbəb olan siyasət yürütdüyünü iddia edib.

“Anasının xatirələrinə görə, Zelenskinin uşaqlıqda sevimli oyuncağı ətçəkən olub. Sadəcə indi bu, bütün Ukrayna miqyasındadır”, – deyə Zaxarova bildirib.

Qeyd edək ki, daha əvvəl rusiyalı politoloq İvan Mezyuho Kiyev yaxınlığında yerləşən Petropavlovskaya Borşaqovka kəndində gizli həbs düşərgəsinin olması ilə bağlı qalmaqalın Zelenskinin və ətrafının siyasi mövqelərinə təsir etdiyini iddia edib.