1xeber.media xəbər verir ki, Polşanın keçmiş milli müdafiə naziri Mariuş Blaşak ABŞ-ın ölkədə daimi hərbi baza tikintisindən imtina edə biləcəyini istisna etməyib.
O, bu barədə RMF FM radiosuna açıqlamasında danışıb. Blaşakın sözlərinə görə, ABŞ-da aralıq seçkilərdən sonra Demokratlar Partiyasının mövqelərinin güclənməsi Vaşinqtonla Konqres arasında fikir ayrılıqlarını artıra bilər. Bu isə Polşada hərbi baza layihəsinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər.
Keçmiş nazir hesab edir ki, ABŞ-ın diqqətini daxili siyasi məsələlərə yönəltməsi Polşa üçün əlverişsiz nəticələrə səbəb ola bilər. O, Donald Trampın Polşaya münasibətini bu layihə baxımından mühüm amil kimi qiymətləndirib.
Xatırladaq ki, Polşa ABŞ-a ölkə ərazisində daimi hərbi baza yerləşdirmək üçün dörd variant təklif edib. Məlumata görə, bazanın tikintisi ən azı üç il çəkə və təxminən 3 milyard zlotıya başa gələ bilər.