Вернуться назад Распечатать

Donetskdə telekommunikasiya şirkətinin binası dronlarla vuruldu

1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Donetsk şəhərində telekommunikasiya şirkətinin ofisinə dronlarla hücum edib. Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində binanın fasadının bir hissəsi dağılıb, bir neçə mərtəbədə zədələnmələr qeydə alınıb.

Donetsk şəhərinin meri Aleksey Kulemzin Telegram kanalında bildirib ki, hadisə zamanı 1985-ci il təvəllüdlü kişi xəsarət alıb. Bundan başqa, dörd avtomobil tamamilə məhv edilib, daha 18 avtomobilə ziyan dəyib.

Hücumun nəticələri ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.