1xeber.media xəbər verir ki, İraq ordusu mümkün təhlükələrin qarşısını almaq məqsədilə İran və Küveytlə sərhədlər boyunca təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə “Əl-Mayadin” məlumat yayıb.
Məlumata görə, İraq silahlı qüvvələrinə sərhəd zonasına yaxınlaşan istənilən qrup və ya şəxsə qarşı atəş açmaq əmri verilib.
Bununla yanaşı, İraq ordusunun 17-ci diviziyasının komandanlığı Bağdaddan Kərkük əyalətinə köçürülüb. Həmin hərbi birləşmə hazırda İraq Kürdüstanı Muxtar Regionu ilə sərhəd xəttində yerləşdirilib.
Qeyd edək ki, İraqın bu addımları regionda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi bir vaxta təsadüf edir.