1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov Avropa İttifaqı rəsmilərinin Ukraynada korrupsiya sxemlərinə cəlb oluna biləcəyini iddia edib.
Venediktovun sözlərinə görə, Kiyev hakimiyyəti Avropa İttifaqından ayrılan vəsaitləri mənimsəyir və həmin pullardan öz maraqları naminə istifadə edir. Rusiya rəsmisi Avropa donorlarının buna göz yumduğunu iddia edərək, Aİ məmurlarının da mümkün korrupsiya sxemlərində iştirak edib-etmədiyi ilə bağlı sual qaldırıb.
O, həmçinin Avropa ölkələrinin Ukraynaya maliyyə dəstəyinin öz büdcələrinə əlavə yük yaratdığını bildirib. Venediktovun fikrincə, bu vəziyyət Böyük Britaniya, Fransa və Almaniyanın əlavə maliyyə mənbələri axtarmasına səbəb ola bilər.
Qeyd edək ki, bundan əvvəl Avropa Hesablama Palatasının rəhbəri Toni Merfi Aİ-nin yeni büdcə planında korrupsiya risklərinin mövcudluğu barədə xəbərdarlıq etmişdi. O, büdcə vəsaitlərinin daha çevik idarə olunmasının xərclərə nəzarəti və şəffaflığı çətinləşdirə biləcəyini bildirmişdi.