Вернуться назад Распечатать

BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı azalıb

 Bu ilin 3-ci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 313 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
1xeber.media xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 389  nəfər olub. Bu isə o deməkdir ki, son bir il ərzində BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 76 nəfər azalıb.