Fövqəlada Hallar Nazirliyi (FHN) “Şərur” MTK-nın (VÖEN – 1500065791) sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, giriş 10 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib.
1xeber.media xəbər verir ki, ümumi sahəsi 7 743,21 kvadratmetr olan bina 6 mərtəbə və zirzəmidən ibarətdir.
Bildirilir ki, binanın tikinti sahəsi 1 053,78 kvadratmetr təşkil edir.
FHN inzibati binaya 6 may 2026-cı il tarixli 12194 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, “Şərur” MTK 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 148 min 788 manat 20 qəpik olan MTK-nin qanuni təmsilçisi “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan məşhur iş adamı Axundov İsfəndiyar Məhəmməd oğludur.
Onu da qeyd edək ki, qeyd olunan ünvan – Süleyman Sani Axundov küçəsi, giriş 10 Azadlıq metrostansiyasının yaxınlığında yerləşir və həmin ünvanda inşa olunan bina artıq uzun müddətdir “RED Plaza” adı ilə istismar olunur.