Вернуться назад Распечатать

Komitə sədri: İki müavinətin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub

"2027-ci ildə məcburi dövlət sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ildə təsdiqlənmiş proqnoza nisbətən 38% yaxud 77 milyon manat çoxdur".

1xeber.media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.O bildirib ki, büdcənin bu istiqaməti üzrə nəzərdə tutulan 77 milyon manatlıq artım gələn il bir sıra sosial müavinətlərin məbləğinin yüksəldilməsinə imkan verəcək:

“Belə ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan 1500 manata, sığorta olunan şəxslərə 3 yaşınadək uşağa qulluğa görə ödənilən müavinətin 700 manatdan 936 manata, 3 yaşınadək uşağa qulluğa görə müavinətin isə 37 manatdan 100 manata çatdırılması proqnozlaşdırılır".