
1xeber.media xəbər verir ki, Ermənistan Rusiya ilə gələcək münasibətlərinin “sağlamlaşdırılmasına” və ticarət məhdudiyyətlərinin tam aradan qaldırılmasına ümid edir.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Onun sözlərinə görə, İrəvan Rusiya tərəfi ilə münasibətləri hərtərəfli müzakirə edərək mövcud problemlərin həllinə nail olmaq niyyətindədir.
Mirzoyan ticarət sahəsində tətbiq olunan məhdudiyyətlərin də gələcəkdə aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Ermənistanın Avropa İttifaqına (Aİ) doğru irəliləmək qərarının suveren seçim olduğunu bildirmişdi. Bununla yanaşı, o, Ermənistanın eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzv olmasının mümkün olmadığını qeyd etmişdi.