1xeber.media xəbər verir ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məcburiyyətində qalacaq.
Bunu ölkənin Baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanın Aİİ-dən çıxmaqdan başqa seçimi yoxdur.
Paşinyan qeyd edib ki, İrəvan 2027–2028-ci illərdə Avropa İttifaqına üzvlük prosesinin başlanması üçün rəsmi müraciət etməyə yaxınlaşır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə azad ticarət sazişlərindən irəli gələn imkanları itirə biləcəyini bildirmişdi. O, həmçinin Ukraynada böhranın başlanğıcının Ermənistanın hazırkı vəziyyətinə bənzər proseslərlə əlaqəli olduğunu vurğulamışdı.