1xeber.media xəbər verir ki, Avropa İttifaqında Ukraynaya əlavə 70 milyard avro kredit ayrılması məsələsi ciddi fikir ayrılıqlarına səbəb olub.
Aİ-nin öz maliyyə imkanlarının məhdudlaşdığı bir vaxtda Kiyevə əlavə dəstəyin necə maliyyələşdiriləcəyi müzakirə olunur.
Məlumata əsasən, Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan Ukrayna üçün daha bir kreditin maliyyə yükünü üzərinə götürmək istəmədiklərini bildiriblər. Nəşr gələn il Kiyevə dəstəyin əleyhinə çıxan ölkələrin sayının arta biləcəyini qeyd edir.
Ukraynaya yardımın razılaşdırılmasını çətinləşdirən digər amil isə Aİ-nin 2028–2034-cü illəri əhatə edəcək uzunmüddətli büdcəsi ilə bağlı danışıqlardır. Üzv ölkələr büdcə xərclərinin həcmi barədə ortaq mövqeyə gələ bilmirlər. Bəzi dövlətlər xərclərin azaldılmasını, digərləri isə kənd təsərrüfatı və regional inkişaf üçün subsidiyaların qorunmasını istəyir.