Вернуться назад Распечатать

Paşinyan Türkiyəyə gedəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edəcək.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan mediası Baş nazirə istinadən məlumat yayıb.

“Bəli, COP-da iştirak etmək üçün Antalyaya getməyi planlaşdırıram”, - Ermənistan lideri qeyd edib.

Qeyd edək ki, COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək.