Вернуться назад Распечатать

Paşinyan KTMT-yə marağın itdiyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) marağını itirdiyini bildirib.

1xeber.media xəbər verir ki, bu barədə Paşinyanın açıqlaması noyabrın 5-də “Reform.news” nəşrində dərc olunub.

Ermənistan hökumət başçısının sözlərinə görə, hazırda ölkəsinin təşkilatla münasibətlərində əvvəlki maraq mövcud deyil. Bu açıqlama Yerevanın KTMT-də iştirakını dondurması və təşkilatın fəaliyyətində iştirak etməməsi fonunda səsləndirilib.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib. Bununla belə, ölkə təşkilatın formal üzvü olaraq qalır.