Вернуться назад Распечатать

Nigar Həmzəyeva istefa verdi

Yeni nazir Anar Bayramovun fəaliyyətə başlamasından sonra Səhiyyə Nazirliyində istefalar davam edir.

1xeber.media Demokrat.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Nigar Həmzəyeva Adil öz ərizəsi ilə işindən ayrılıb.

Xatırladaq ki, Nigar Həmzəyeva bu vəzifəyə 2022-ci ilin fevral ayında təyin olunmuşdu.