Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı xəstəxanada ziyarət ediblər.
1xeber.media xəbər verir ki, səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilən Səmayə Həşimovanın sağlamlıq vəziyyəti ilə maraqlanıb, ona şəfa diləyiblər.