Вернуться назад Распечатать

Britaniya Rusiyanı 2027-ci il G20 sammitinə dəvət etməyəcək

Rusiya Prezidenti Vladimir Putin 2027-ci ildə Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək G20 sammitinə dəvət olunmayacaq.

1xeber.media xəbər verir ki, bu barədə “The Economist” jurnalının müxbiri Hüqo Qay noyabrın 5-də “X” sosial şəbəkəsində məlumat yayıb.

Jurnalistin Rusiyanın dövlət başçısının növbəti il keçiriləcək sammitə dəvət edilib-edilməyəcəyi ilə bağlı sualına Böyük Britaniyanın Baş naziri Endi Börnham mənfi cavab verib.

Qeyd edək ki, G20-nin növbəti sammiti dekabrın 14-15-də ABŞ-ın Florida ştatında, Mayami yaxınlığındakı Doral şəhərində keçiriləcək. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Putinin həmin görüşdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı qərarın hələ verilmədiyini açıqlamışdı.