Вернуться назад Распечатать

İngiltərə Bankı faiz dərəcəsini artırdı

1xeber.media xəbər verir ki, İngiltərə Bankı inflyasiyanın artması ilə mübarizə aparmaq məqsədilə uçot faiz dərəcəsini 3,75 faizdən 4 faizə yüksəldib.

Bu, 2023-cü ilin avqustundan bəri bankın ilk faiz artımıdır. Qərar Pul Siyasəti Komitəsinin 8 üzvünün dəstəyi ilə qəbul edilib, bir üzv isə faizin daha çox artırılmasının tərəfdarı olub.

Mərkəzi bankın məlumatına görə, ölkədə inflyasiya sentyabrda 3,5 faizə çatıb. Enerji qiymətlərinin yüksəlməsi və Yaxın Şərqdəki münaqişənin yanacaq təchizatına təsiri qiymət artımının əsas səbəbləri sırasında göstərilir.

İngiltərə Bankının rəhbəri Endryu Beyli bildirib ki, münaqişə davam edərsə, əlavə faiz artımı da mümkündür. Bununla belə, o, indiki qərarın uzunmüddətli faiz artımları silsiləsinin başlanğıcı kimi qəbul edilməməli olduğunu vurğulayıb.