Вернуться назад Распечатать

Səudiyyə Ərəbistanında neft limanı ilə bağlı təhlükə xəbərdarlığı edildi

1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanı husilərin hücumları fonunda ölkənin Qırmızı dəniz sahilində yerləşən Yanbu neft ixracı limanı ətrafında mümkün təhlükə barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Mədinə şəhərinə doğru buraxılan raketin qarşısının alındığını və onun məhv edildiyini açıqlayıb. Ölkənin mülki müdafiə qurumları Yəmənlə sərhədə yaxın Şərurə bölgəsində də fövqəladə xəbərdarlıqlar yayıb.

Husilər noyabrın 5-də baş verən hücumlara görə məsuliyyəti üzərlərinə götürməyiblər. Lakin qruplaşma bir gün əvvəl Ər-Riyad beynəlxalq hava limanını hədəf aldığını bildirmişdi. Səudiyyə Ərəbistanı bu iddianı təsdiqləməyib.

Məlumata görə, krallıq husilərin hücumlarına qarşı müdafiə imkanlarını gücləndirmək üçün müxtəlif ölkələrdən dəstək istəyir. Misir hərbi yardım göstərilməsinə razılıq verib, Türkiyənin isə Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişini ratifikasiya etməsi gözlənilir.